"Əslində, Əhliman Abbas Müsavatdan istefası barədə mətbuata açıqlama verib. Lakin mənim onun dediyi fikirlərilə bağlı razı olmadığım nüanslar çoxdur". Bu fikirləri SİA-ya Müsavat Partiyasının funksioneri, keçmiş Divan üzvü Tural Abbaslı Gənclər Təşkilatının sədri Əhliman Abbasın partiyadan bəyanat verərək, istefasına münasibətini bildirərkən deyib.
"Lakin onu da qeyd edim ki, Əhliman bəy Müsavat Partiyasına üzv yazılanda biz ondan soruşmamışdıq ki, nəyə görə partiyaya gəlib", - deyə qeyd edən Tural Abbaslı Əhliman Abbası qınamadığını da bildirib: "Belə də ki, gedəndə biz heç kimi qınaya bilmərik ki, niyə gedir. Seçim onundur. Amma partiyada qurultaylar da ola bilər, konfranslar da ola bilər, hansısa daxili struklturlara seçkilər ola bilər. İnsana da elə gələ bilər ki, orada hansısa ədalətsizliklər olub. Yənu uduzan tərəf həmişə elə düşünür. Məsələn, mənim özüm də partiya daxilində bir çox seçkilərə qatılmışam. Udduğum da olub, uduzduğum da olub. Amma hər məqamda, hər məğlubiyyətdə mənə belə gələndə ki, haqsızlıq var, partiyadan getmək barədə düşünməmişəm. Çünki belə düşüncə partiyaçılığa aid edilə bilməz. İndi Əhliman bəy də gedib, Allah yolunu açıq eləsin. Gedənlər də olacaq, gələnlər də olacaq. Amma getməsəydi daha yaxşı olardı. Yəni düşünürdüsə ki, haradasa saxtakarlıq olub, ədalətsizlik olub, bu zaman partiyada qalaraq mübarizə aparsaydı daha doğru olardı".
Müsavat funksioneri Gənclər Təşkilatına keçirilən qalmaqallı seçkilərdən sonra Rüfət Hacıbəylinin Əhliman Abbasa uduzdurulmasına rəğmən partiyada qaldığını və istefa vermədiyini də xatırladıb: "Məsələn, Rüfət Hacıbəyli Müsavatın Gənclər Təşkilatına sədr seçilməməsinə baxmayaraq, bəyanat verərək, tərəfdarları ilə istefa vermədi, bu gün də Müsavatın sıralarında qalmaqdadır. Ümumiyyətlə, Rüfət bəyin siyasi göstəriciləri, partiyadakı karyera göstəriciləri, fədakarlıq göstəriciləri Əhliman bəyin göstəricilərindən beş dəfə çoxdur. Seçki keçirildi və bu və ya digər səbəblərdən Əhliman bəy qalib gəldi. Ümumiyyətlə, əgər biz müxalifət partiyasıyıqsa, hakim partiya ilə siyasi rəqabət aparmalıyıq, özümüzlə deyil. Siyasi rəqabət fonunda sən sıravi partiya üzvü də ola bilərsən, hər hansı postda da təmsil oluna bilərsən".
Tural Abbaslı Müsavatın Məcslisinə də seçkilərin keşiriləcəyini deyib. O qeyd edib ki, yenidən Divana üzv seçilməsi üçün Məcslisə düşməlidir. Ona görə də seçkilərə qatılacaq: "Məclisə seçkilər olub, yenə də olacaq. Bu çox ağır prosedurdur. Qurultay səlahiyyətli Məclis olduğu üçün ümumi sayın 50+1-i olmalıdır. Yəni Məcsilin sayı bu qədər olmalıdır. Axrıncı dəfə 32 boş qalmış yerə seçkilərdə cəmi altı nəfər seçkilərə getdi və onlardan biri Rüfət bəy idi. Ayın 25-də isə növbəti seçkilər olacaq. Güman edirik ki, bu dəfə gənclər daha fəal olacaqlar, gənclərə daha çox yer veriləcək. Divana da seçkilər keçiriləcək. Lakin birinci Məcslisə düşməliyəm ki, sonradan da Divana düşüm".
Qeyd edək ki, Əhliman Abbas 2013-cü ilin noyabrında Gənclər Təşkilatının sədri seçilmişdi. Onun seçkilərdə alternativi vaxtilə təşkilatda sədr müavini, Müsavat başqanının müşaviri olmuş Rüfət Hacıbəyli olub. Uzun müddət narazılıqlarla yadda qalan seçki nəticəsində Əhliman Abbas sədr seçilmişdi. Məhz bu seçkidən sonra onun rəhbərliyini qəbul etməyən gənclər ya təşkilatdan istefa vermiş, ya da çıxarılmışdılar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB