Azərbaycanla Özbəkistan gömrük xidmətləri arasında iki sənəd imzalanıb

Azərbaycanla Özbəkistan gömrük xidmətləri arasında iki sənəd imzalanıb

"Özbəkistanın Dövlət Gömrük xidmətinin rəhbəri Zohid Usanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

DGK sədrinin sözlərinə görə, səfərin əsas məqsədi ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsidir: "Görüş çərçivəsində həmkarımla gömrük əməkdaşlığı ilə bağlı həm ikitərəfli danışıqlar aparılacaq, həm də Özbəkistan tərəfini maraqlandıran (Azərbaycan gömrük xidmətində və informasiya texnologiyaları sahəsində tətbiq olunan proqramlar, üsullar və s.) məsələlər müzakirə olunacaq. Bununla belə, Azərbaycan və Özbəkistan gömrük xidmətləri arasında iki sənəd imzlanacaq. Birincisi, idxal-ixrac əməliyyatları ilə bağlı əvvəlcədən informasiyanın mübadiləsi haqqında protokoldur. İkincisi, 2015-2016- illərdə hər iki ölkənin gömrük xidmətləri arasında Fəaliyyət Planı ilə bağlıdır. Bu, çox geniş plandır. Burada müxtəlif sahələrdə, o cümlədən İT- nin tətbiqi və gömrük xidmətləri sahəsində, Azərbaycan və Özbəkistan gömrük Akademiyaları arasında, qaçaqmalçılıqla bağlı təcrübə və informasiya mübadiləsi haqqında və s. məsələlər öz əksini tapıb".

Bütün xəbərlər Facebook səhifəmizdə