Çexiya parlamentinin nümayəndə heyəti Fəxri Xiyabanda olub

Çexiya parlamentinin nümayəndə heyəti Fəxri Xiyabanda olub

Bu gün Çexiya Respublikası parlamentinin Deputatlar palatası sədrinin müavini Voytex Filip başda olmaqla Deputatlar palatasının kənd təsərrüfatı komitəsinin nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib və əklil qoyub. Qonaqlar oftolmoloq alim Zərifə xanım Əliyevanın da məzarını ziyarət edərək gül dəstələri düzüblər.

Şəhidlər Xiyabanında olan qonaqlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin məzarını ziyarət edib, Əbədi məşəl abidə kompleksinin önünə əklil qoyublar.

Qeyd edək ki, üçgünlük səfər zamanı nümayəndə heyətinin Milli Məclisdə parlamentin Azərbaycan-Çexiya Dostluq qrupunun üzvləri ilə, habelə kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirliklərində rəsmi görüşləri planlaşdırılıb. Görüşlərdə ekologiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə