"Milli Şura"nın mitinqi radikal siyasi müxalifətin iflasının daha bir göstəricisi oldu" EKSKLÜZİV

"Milli Şura"nın mitinqi radikal siyasi müxalifətin iflasının daha bir göstəricisi oldu" EKSKLÜZİV

"Milli Şura"nın bu gün keçirdiyi mitinq Azərbaycan radikal siyasi müxalifətinin iflasının daha bir göstəricisi oldu". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə "Milli Şura"nın bu günkü mitinqində yaşayanan olaylara münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, hər zaman böyük iddialarla çıxış edən, cəmiyyəti idarə etmək arzusunu daim önə çəkən "siyasətçilər" kiçik bir dəstə ilə sadəcə bir tədbir keçirməli oldular: "Yəni, bugünki tədbiri mitinq adlandırmaq qətiyyən olmazdı. Çıxışlarda şüarlar səsləndirilməsinə, bayraqların qaldırılmasına baxmayaraq, orada cəmi bir neçə yüz insanın toplanması on milyonluq ölkə üçün çox kiçik rəqəmdir. Buradan belə bir təəssürat yaranır ki, onlarla siyasi partiyanın toplayacağı qüvvələr, "Məhsul" stadionunun onda birini dolduracaq qədərdir. Həmçinin Azərbaycan müxalifətçiləri ümumən şəxsi texnologiyanı da mənimsəmədiklərinin fərqindədirlər. "Milli Şura"nın mitinqində nə təşkilatçılıq var idi, nə də bir sistemlilik nəzərə çarpırdı. Orada iştirak etməyən siyasi partiyaların bayraqlarının qalıdırılması da, istənilən tədbirdə görünmək arzusundan başqa bir şey deyildi. Bu gün seçkidən-seçkiyə bloka yaradan, seçkilərarası bir-birinə qarşı mübarizə aparan müxalifət nümayəndələrinin orada iştirakı isə "görüntü diplomatiyasından" başqa bir şey deyildi. Ümumilikdə belə aksiyaların keçirilməsi Azərbaycanda radikal müxalifətin gücünü, vətəndaşların onlara inanmadığını, arxasınca getmədiyini və heç bir halda onlara dəstək olmayacağını ortaya qoyur".

Qedək ki, "Milli Şura"nın Bakı şəhər İcra Hakimiyyətinin razılığı əsasında saat 15:00-da "Məhsul" stadionunda keçirilən mitinqində şok olay yaşanıb. Mitinqdə AXCP fəalları tərəfindən "İraqın Şam İslam Dövləti" (İŞİD) terrorçu təşkilatının bayraqlarını qaldırılıb və "Milli Şura" bu quruma üzv olmayan partiyaların gücündən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə