Etika Akademiyasının açılış mərasimi keçirilib

Etika Akademiyasının açılış mərasimi keçirilib

Bu gün Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) "Etika Akademiyası - Fərdi İnkişaf Mərkəzi"nin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Etika Akademiyası Azərbaycanda etika istiqamətində fəaliyyət göstərən ilk mərkəzdir.

Akademiyanın açılış mərasimində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələf, Etika Akademiyasının rəhbəri Günel İbrahim, xarici korpusun nümayəndələri, kommersiya təşklilatları və ictimaiyyət nümayəndələri iştirak edib.

Etika Akademiyasının rəhbəri Günel İbrahim çıxış edərək bildirib ki, Akademiya peşəkar davranış qaydalarının öyrənməsinin vahid bazasıdır: "Akademiyada iş dünyasında hazırlıq proqramları, insan resursu ("CV necə yazılır", "ilk musahibəni uğurla keçmək", "3 ay sınaq müddəti") etik davranışlar, kvalifikasiyaların artırılması üzrə Böyük Britaniyanın Kommersiya Menecmentlik İnstitutunun bir neçə biznes proqramları tədris və ixtisas sənədləri veriləcək".

Digər natiqlər də çıxış edərək Akademiyanın ölkəmizdəki fəaliyyəti dövründə oynayacağı mühüm roldan danışıblar.

Sonda isə Etika Akademiyasının yeni binası ilə yaxından tanışlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə