Səfir: "Azərbaycanla Böyük Britaniya arasında viza rejimi sadələşdirilə bilər" Açıqlama

Səfir: "Azərbaycanla Böyük Britaniya arasında viza rejimi sadələşdirilə bilər" Açıqlama

"Böyük Britaniya qanunvericilik orqanlarının üzvləri həmin ölkədə Azərbaycan tələbələrinin sayının artmasının tərəfdarıdır. Bunun üçün ilk növbədə həmin ölkəyə getmək üçün viza verilməsi qaydalarının sadələşdirilməsinə nail olmaq lazımdır. Təbii ki, bu güzəştlər yalnız tələbələrə aid olmamalıdır". SİA-nın xəbərinə görə, bunu açıqlamasında Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə deyib.

Onun sözlərinə görə, adıçəkilən ölkəyə gedən vətəndaşlara vizaların verilməsində müəyyən problemlər mövcuddur: "Mövcud problemlər nəinki Azərbaycan vətəndaşlarına, eləcə də həmin ölkə ilə viza öhdəliyinə malik olan dövlətlər üçün də eynidir. Problemin aradan qaldırılması üçün british vizasının verilməsi ilə məşğul olan şirkətlərlə əməkdaşlıq etmək olar, lakin bu mövcud problemi aradan qaldırmaq üçün tam yetərli deyil. Bu sahədə əsas işi həmin ölkənin Xarici İşlər Nazirliyi ilə görmək lazımdır".

Səfir onu da qeyd edib ki, vizaların sadələşdirilməsi məsələsi 2 ay ərzində dəfələrlə müzakirə mövzusu olub: "Mövcud məsələni həm də Böyük Britaniyanın Bakıdakı səfiri ilə müzakirə edəcəm. İnanıram ki, həmin ölkənin aidiyyəti qurumları ilə danışıqlar uğurla baş tutsa, gələcəkdə bu problem aradan qalxa bilər. Ölkənin Daxili İşlər Nazirliyi tərəfindən viza xidməti ilə bağlı irəli sürülən tələblərin tam şəkildə yerinə yetirilməsi bu mərhlədə kifayət edərdi. Əsas problem mövcud öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə