“Üç aydan sonra zəng edərsiz deyərəm və verərəm”
Müsavatın heç də sakit keçməyən qurultayından sonra başqanlığa namizəd Qubad İbadoğlunun rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinə uyğun eyni adda siyasi partiya yaradacağı ilə bağlı fikirlər qeyd olunurdu. Məsələ ilə əlaqədar SİA-ya açıqlamasında Q.İbadoğlu "Tədqiqatlar" Partiyasının yaranması ilə bağlı yayılan fikirləri təkzib edərək deyib ki, hazırki mərhələdə belə bir məsələ gündəmdə deyil.
"Arif Hacılıya partiyada dəyişikliklər etməsi üçün 3 ay vaxt vermisiniz. Bu vaxt ərzində dəyişiklik olmasa nə baş verəcək" sualımıza isə Q.İbadoğlu öz ənənəsinə uyğun cavab verdi: "Üç aydan sonra zəng edərsiz deyərəm və verərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB