Emin Həsənli: “Ermənistan əməliyyat olunmasa, ağlı başına gələn deyil” AÇIQLAMA

“Ermənistan xəstəliyinin yeganə dərmanı Azərbaycan əsgərinin qılıncından keçir”
Emin Həsənli: “Ermənistan əməliyyat olunmasa, ağlı başına gələn deyil” AÇIQLAMA

"Bu gün Ermənistan prezidenti Serj Sarkisyanın apardığı siyasət nəticəsində işğalçı ölkə regiondan tamamilə təcrid olunmuş vəziyyətdədir". Bunu SİA-ya Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Ermənistandakı kütləvi miqrasiya hallarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, işğalçı ölkə bütün regional layihələrdən kənarda qalıb: "Bu gün Ermənistan iqtisadi böhran içərisində yuvarlanır. Hətta rəsmi İrəvanın ümid olduğu dövlətlər belə ona dəstək olmur. Çünki həmin dövlətlərin özlərinin də problemləri var. Bu mənada hesab edirəm ki, Ermənistandakı miqrasiya halları o qədər də təəccüblü deyil. Bu, tarix boyu davam edib və bundan sonra da davam edəcək. Təbii ki, bunun bir neçə səbəbləri var. Birincisi, Azərbaycan dövlətinin apardığı uğurlu daxili və xarici siyasətlə bağlıdır. Məhz bu uğurlu siyasət nəticəsində işğalçı ölkə bölgədə regional layihələrdən kənarda qalıb. İkincisi, Ermənistan rəhbərliyinin apardığı yarıtmaz siyasətlə bağlıdır. Onlar indiyədək öz xalqına yalan vədlər verməklə (iqtisadiyyatları düzələcək, əraziləri genişlənəcək və s.) məşğul olub. Bir sözlə, işğalçı ölkə "Böyük Ermənistan" yaratmaq xülyası ilə ortaya çıxmışdı. Təbii ki, Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində "Böyük Ermənistan" yaratmaq xülyası da iflasa uğradı. Heç kimə sirr deyil ki, bu gün Ermənistan özü müstəqil deyil və o başqa dövlətlərdən asılı vəziyyətdədir. Düşünürəm ki, işğalçı ölkə elə yaxın zamanda bir vəziyyətə gəlib çıxacaq ki, orada heç kim qalmayacaq. Bu mənada hesab edirəm ki, Ermənistan xəstəliyinn yeganə dərmanı Azərbaycan əsgərinin qılıncından keçir. Onlar əməliyyat olunmasa, ağılları başlarına gələn deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə