Azərbaycanlı millət vəkili xaricə üz tutdu

Azərbaycanlı millət vəkili xaricə üz tutdu

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Azərbaycan hökumətinin təşkil etdiyi tədbirlərdə iştirak etmək məqsədilə ABŞ-ın Kaliforniya ştatına səfər edib. SİA-nın məlumatına görə, Asim Mollazadə səfər zamanı deputatı olduğu Nəsimi rayonu ilə qardaşlaşmış San-Dieqo şəhərinin rəsmiləri, burada fəaliyyət göstərən yəhudi və türk icmalarının rəhbərləri ilə də görüşəcək.

Millət vəkilinin San-Dieqodakı bir sıra universitetlər və fikir mərkəzlərində görüşləri də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə