Bu gün Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının Qərb regionu üzrə zona müşavirəsi keçirilib. Müşavirədə Gəncə şəhəri də daxil olmaqla ətraf 10 rayonun YAP rayon təşkilatlarından olan nümayəndələri iştirak edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, müşavirədə YAP Qadınlar Şurasınını sədri Nurlana Əliyeva, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı və digər rəsmi şəxslərdə iştirak edib.
Müşavirəni giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev partiyada qadınların rolundan danışıb, onların siyasi fəaliyyətinə nəzər salıb. O bildirib ki, respublikanın hər yerində olduğu kimi partiyanın Gəncə şəhər təşkilatında da qadınlar xüsusi yer tutur və onlar ictimai siyasi işlərdə, dövlətçiliyimizin inkişafı istiqamətində aktiv fəaliyyət göstərirlər.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva da partiyada qadınların tutduğu mövqedən söz açıb. Qeyd edib ki, ölkəmizin bu günü və gələcəyi naminə partiya tərəfindən verilən qərarlarda fəal qadınların tövsiyə və təklifləri nəzərə alınır və onların həyata keçirilməsi təmin edilir.
Ümumiyyətlə, müşavirədə cəmiyyətdə qadınların fəallığının artırılması, qadın hüquqlarının qorunması, erkən nigah və bu kimi sosial problemlər müzakirə olunub. Əsas məsələlərdən biri kimi ölkədə qızların erkən nigaha daxil olmasından geniş söz açılıb. Bildirilib ki, bu promlemin həlli istiqamətində əsaslı işlər görülməlidir. Bu işdə anaların üzərinə böyük yük düşür.
Müşavirədə həmçinin qarşıdan gələn bələdiyyə seçkilərində qadınların iştirakının artırılması da əsas mövzulardan biri olub.
Sonda bildirilib ki, belə müşavirələrin təşkili regionda qadin problemlərinin həlli, onların hüquqlarının qorunması və cəmiyyətə aktiv inteqrasiyası baxımından mühüm rol oynayacaq.
İlham Məmmədzadə

.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB