"Son 24 ildə sosial problemlər və işsizlik səbəbindən Ermənistanı 1 milyondan çox insan tərk edib". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı Ermənistandan kütləvi köçlərin səbəblərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı bütün vətəndaşlarını işlə təmin edəcək, sosial problemləri həll edəcək iqtidarda deyil: "Bu gün də Ermənistandan köç davam edir. Rəsmi rəqəmlərə görə əhalinin sayı 3 milyondan artıq olsa da, qeyri rəsmi mənbələr bu gün Ermənistanda 1-1,5 milyon insanın yaşadığını bildirirlər. Bu isə həqiqətə daha çox uyğundur".
Mərkəz sədri deyib ki, ermənilərin Ermənistanı tərk etməsi bu ölkənin təhlükəsizliyini və iqtisadiyyatını ciddi şəkildə zəiflədir: "Doğumun azalması ölkənin təhlükəsizliyi və iqtisadiyyatına bir başa təsir edən amillərdir. Ermənistan hər hansı bir sahədə inkişaf etmir, mövcud vəziyyətini qoruyub saxlamağa üstünlük verir. Lakin tükənmiş ölkə bunda belə ciddi çətinliklərlə qarşılaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB