"Hökumətə işləmək, vətənə, xalqa, millətə işləmək deməkdir" YAP-dan cavab
"Hökumətə işləmək, vətənə, xalqa, millətə işləmək deməkdir. Burda qəbahət heç nə yoxdur". SİA-nın xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavat Partiyası daxilində "hökumətə işləmək" ittihamlarına münasibət bildirərkən deyib.
S. Novruzov qeyd edib ki, əsas olan xarici düşmənlər, erməni lobbisi, Azərbaycanın ərazi bütövlüyünü gözü götürməyənlər, ölkəni parçalamaq və qarışıqlıq yaratmaq istəməyənlərə işləməyəsən: "Təəssüf olsun ki, Azərbaycanda siyasi partiyaların bir hissəsində məhz bu qüvvələrə işləyən adamlar toplaşıb. Xalqına, millətinə deyil, ayrı ayı qüvvələrə qulluq edir və bunu hökumət orqanlarına, vətənə, dövlətə qulluq etməkdən daha üstün tuturlar".
YAP rəsmisi əlavə edib ki, düzgün yol tutanlar üçün iqtidarla əməkdaşlıq ön sırada olan məsələlərdən olmalıdır: "Müxalifət partiyalarının funksiyası var və təbii ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda müxalifət olmalıdır. Lakin bu müxalifətlik dövlətə, millətə qarşı olmamalıdır. İqtidara müxalifət olmaq lazımdır. Yaxud bu səpkidə olan fikirlərə alternativ təkliflər, rəylər irəli sürülə bilər. Lakin təəssüflər olsun ki, xarici təsir dairələri xarici qüvvələrə işləmək imkan vermir ki, onlar iqtidar partiyası ilə əməkdaşlıq etsin".(Publika)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB