Azərbaycan-Belarus əlaqələri müzakirə edilib

Azərbaycan-Belarus əlaqələri müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarusa rəsmi səfəri çərçivəsində oktyabrın 7-də bu ölkənin parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Belarus parlamentləri arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib, mövcud dostluq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə parlamentlərarası əlaqələrin ölkələrimizin ənənəvi dostluq münasibətlərinin inkişafında mühüm rola malik olduğu qeyd edilib, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə