AXCP ilə Müsavatın bir-birinə münasibəti əvvəlkində də pis olacaq
Vəhdət Partiyasının sədri Tahir Kərimlinin SİA-ya müsahibəsi:
- Tahir bəy, AXCP Müsavatın keçirdiyi qurultayın nəticələrini tanımadı, hətta Əli Kərimli Arif Hacılını da başqan kimi təbrik etmədi. Sizcə, bundan sonra bu iki partiyanın hansısa eyni blokda təmsil olunması və ya bir araya gəlməsi mümkün olacaqmı?
- Biz bu mehriban düşmənləri çox görmüşük. Yəni bir-birinə düşmən ola-ola bir blokda təmsil olunublar. Bir sözlə, müxalifət düşərgəsini təmsil edən partiya liderləri hər zaman birincilik uğurunda mübarizə aparıblar. Amma onların apardığı bu mübarizənin heç bir nəticəsi olmayıb. Bu baxımdan, onların hansısa bir blokda təmsil olması mümkün deyil. Çünki müxalifət təmsilçiləri bir-birlərinə nifrət edirlər. Ona görə də, müxalifət arasında heç bir səmimiyyətdən danışmaq olmaz.
- Arif Hacılının başqan seçilməsi Müsavatla AXCP arasında mövcud problemləri aradan qaldıraraq təfərləri bir araya gətirə bilərmi?
- Arif Hacılının başqan seçilməsi AXCP ilə Müsavat arasında gərginliyi daha da artıracaq. Bunun da əsas səbəbi Arif Hacılı ilə Əli Kərimlinin özlərinin şəxsi ambisiyalarının olmasıdır. Ona görə də, belə halın baş verməsi mümkün deyil. Bir sözlə, AXCP ilə Müsavatın bir-birinə olan münasibəti əvvəlkində də pis olacaq.
- "Milli Şura" oktyabrın 12-də mitinq keçirməyi planlaşdırıb. Bu aksiyanın məqsədi bəlli deyil. Belə bir aksiyanın baş tutması nə dərəcədə mümkündür və Müsavatın bu mitinqə dəstək verməsi nə dərəcədə real görünür?
- İndiki halda inandırıcı deyil ki, Müsavat bu mitinqə dəstək versin. Çünki Müsavat öz hayındadır. Yəni özünün daxili problemlərini həll etməlidir və üç gündən sonra əks tərəf Qubad İbadoğlunun rəhbərliyi ilə Müsavat qərargahına yığılıb partiyada qalıb-qalmamaqla bağlı qərarlarını verəcəklər. Digər tərəfdən isə bunlar onsuzda həmin mitinqə sosial baza yığa bilməyəcək. Demək olar ki, müxalifət təmsilçiləri öz çirkin əməllərini həyata keçirmək üçün yeniyetmə gənclərdən istifadə etməyə çalışırlar. Amma həmin gənclərin çoxunun həyatını məhv edirlər. Bəziləri cinayət əməlləri törətdiklərinə görə, həbs olunublar. Səhvlərini başa düşüb, düz yola qayıdanlar da olur. Onlar bağışlanmaqla bağlı dövlət başçısına müraciət ediblər. Bir sözlə, müxalifət təmsilçilərinin mitinqinə insanlar tərəfindən heç bir dəstək yoxdur, olmayacaq da! Belə olan halda hansı mitinqin baş tutmasından söhbət gedə bilər ki? 3-5 nəfər ştatlı mitinqçi yığışıb boş və mənasız fikirlər səsləndirəcəklər.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB