Müsavat Partiyasının qiriltayından sonar partiyada cərəyan edən hadisələr fonunda başqan Arif Hacılının digər qardaşı – Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin də adı hallanmaqdadır. SİA-nın məlumatına görə, "Yeni Müsavat" qəzetinin yazarı Elbəyi Həsənli Mustafa Hacıbəyli ilə Vaqif Hacıbəylini Qubad İbadoğlu tərəfdarlarının ittihamlarına qarşı susmağı tövsiyə edib.
Vaqif Hacıbəyli isə öz növbəsində Elbəyi Hsənliyə öz "facebook" hesabında cavab verib. "Elbəyi Həsənlinin yazısını indicə oxudum.Ümumilikdə xoşməramlı yazıdı.Amma bu adam da yenə qayıdıb o söhbətə ki, qardaşlar susqunluq nümayiş etdirməlidirlər.Qardaşlar deyəndə, Mustafanın hər hansı açıqlamasına rast gəlməmişəm, görünür məni nəzərdə tutub"- deyə qeyd edən Əhrar Partiyasının sədri eyni zamanda yazıb ki, səhhətində ciddi problemlər olduğu üçün son zamanlar siyasi proseslərdən uzaq dayanmağa çalışır: "Bilirsiniz, məni təkidlə dəvət etməsələr son bir ildə heç bir tədbirə getmirəm, çünki səhhətimdə çox ciddi problemlər var. Musavatın qərargahına getmək,o partiyanın işinə bu və ya digər şəkildə müdaxilə etmək heç ağlıma da gəlmir. Üç ilə yaxındı mən dava -dərmanla yaşayıram.Həkimlər mənə mənfi emosiyaları da qəti qadağan ediblər.Ona görə də, burada ("facebook"da – red.) bir çox adamları dostluqdan çıxarmışam, bir çoxlarını blok etmişəm ki, birdən nəsə yazarlar, qanım qaralar. İndiki zamanda "fb"-a girməmək,tam informasiyasız qalmaq da qeyri-mümkündür. Sağ olsunlar, bəzən dostlar da, xətrini çox istədiyimiz adamlar da arada kefimizə soğan doğramağı bacarırlar. Bu halda, aldığın mənfi emosiyanı içinə gömüb çərləməkdənsə,bu barədə yazıb ürəyini boşaltmaq daha yaxşıdı.Yəni səhhətim baxımından.Digər tərəfdən, elə mövzular var ki,bu barədə hamı bilir,yaxud çox adam bilir, amma guya siyasi məqsədəuyğunluq baxımından susurlar. Mən belə hallarda susa bilmirəm,hesab edirəm ki, sussam daxildən özümü incidərəm,vicdanım ağrıyar.Buna konkret misallar da göstərə bilərəm".
Vaqif Hacıbəyli 1992-ci ildə baş verən olayları xatırladaraq qeyd edib ki, vaxtilə "Müxalifət" qəzetində Rəhim Qazıyevi tənqid hədəfinə aldığı üçün, qarşı tərəf ona və redkasiyasına hücum çəkmişdi: "1992ci ildə Rəhim Qazıyevin reytinqi çox yüksək idi. İndi hamının yaxşı tanıdığı R.Qazıyevin hansı xislətə malik olduğunu, onun bəd əməllərini bizim düşərgədə əksəriyyət gözəl bilirdi. O vaxt mən "Müxalifət" qəzetində "Tarix bizi sınağa çəkir"adlı bir yazı yazdım. Səhər müdafiə naziri 15 avtomatçı ilə redaksiyaya hücum çəkdi,yaxşıki kollektiv iş yoldaşımızın ad gününü keçirdiyi üçün nəşriyyatın yeməkxanasında idi".
Vaqif Hacıbəyli Elbəyi Həsənlinin "Yurd" faktoru barədə fikirlərinə də belə bir münasibət sərgiləyib: "Digər bir misal kimi,bu gün hamının, o cümlədən sayın E.Həsənlinin tez tez müraciət etdiyi yurdçuluq faktoru barəsindədir. Yurdun AXC hakimiyyətində və ondan sonra oynadığı müdhiş rol çoxlarına bəlli idi,lakin heç kəs bu mövzuda açıq yazmağa cəsarət etmirdi. Çünki həmin dövrdə Yurdun əsas himayədarı Elçibəyin özü idi. 1994 cü ildə Ali Məclisə seçkilərdə Yurd qruplaşması sədrliyə namizədliyini verən Tofiq Qasımova qarşı total və ləyaqətsiz hücum etdilər və bununla əlaqədar mən cəmiyyətə Yurd kartının mahiyyətini açan geniş yazı yazdım. İndi hamı,o cümlədən Həsənli də bu mövzuda pis yazmır.Amma cənab Həsənli mənə nə vaxt yazmaq, yaxud nə vaxt susmaq barədə tövsiyə verə biləcək qədər yüksək səviyyəli yazar deyil. Hər halda hər kəs öz yerini bilısə yaxşıdır. Elbəyi dostumuz Qubad İbadoğlunun cığallığını da pis təhlil etməyib.Amma o niyə belə etdi, niyə bu gün bir söz, sabah başqa söz danışdı,bu məsələlərin mahiyyətini tam aça bilməyib.Kaş biləydi, kaş yazaydı,onda bu yarımcan halımla mənə də əziyyət düşməzdi".
Əhrar Partiyasının sədri Musavatda son dövrlərdəki bütün xoşagəlməz proseslərin arxasında dayanan iki əsas fiqurun olduğunu qeyd edib: "Biri cəmiyyətdə bir dostumuzun qeyd etdiyi kimi müsbət imicə malik olan Vurğun Əyyub, digəri İsa Qəmbərin qohumu olduğu üçün müəyyən immuniteti olan Fəxrəddin Bağırov. Musavatda da, kənarda da bu adamların proseslərdə hansı rol oynadıqları barəsində çoxları bilir, amma susurlar. Elbəyi cənabları mənə də susmağı tövsiyə edir. Hörmət etdiyim bir çox digər insanlar da mənə bu mövzunu qapatmağı xahış edirlər. Xub. Mən daha bu mövzuya qayıtmayacağam. Razıyam ki, lazım gələndə susmağı da bacarmaq lazımdır,amma susmaq heç də həmişə qızıl deyil.Uğurlar!"
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB