"Metsamor" atom elektrik stansiyasının mənəvi olaraq köhnəldiyi dəfələrlə bəyan edilir Açıqlama
"Azərbaycan bütün beynəlxalq tədbirlərdə Ermənistanın "Metsamor" atom elektrik stansiyasının mənəvi olaraq köhnəldiyini, onun təkcə Azərbaycan üçün deyil, eləcə də bütün region üçün təhlükə doğurduğunu bəyan edir". SİA-nın xəbərinə görə, bunu Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini icra edən Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, beynəlxalq tədbirlərdə də Azərbaycanın 20%-nin Ermənistan tərəfindən işğal edildiyini qeyd edilir: "Bu səbəbdən Azərbaycanın həmin 20%-a Azərbaycan hökuməti tərəfindən nəzarətin olmaması və təbii ki, onun beynəlxalq sərhədlərinə də nəzarət edə bilməməsi qeyd edilir. Bu da öz növbəsində orada nüvə materiallarının, radioaktiv maddələrin qeyri-qanuni daşınmasına imkanlar yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB