"Bakı Beynəlxalq Humanitar Forumu artıq 4-cü ildir ki paytaxtımızda keçirilir. Təbii ki, bu forumun ölkəmiz üçün fövqəladə əhəmiyyəti var". SİA-nın xəbərinə görə, bu fikirləri AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdənov adıçəkilən forumun əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, dünyanın 60-dan çox ölkəsinin yüksək dərəcəli şəxsləri ölkəmizə təşrif buyurublar: "Forumun açılışında Prezident İlham Əliyev geniş çıxış edərək bir sıra vacib məqamlara toxundu. Ölkə başçısı çıxışında həmçinin, forumun əhəmiyyətini hərtərəfli izah etdi. Bunun davamı olaraq çalışmalıyıq ki, forum olduqca yüksək səviyyədə öz işini davam etdirsin. Eyni zamanda biz forumun iştirakçılarına dövlət başçısının ölkədə yaratdığı yüksək inkişafla yaxından tanış olmalarına çalışmalıyıq".
İnstitutun direktoru Misir Mərdənov onu da qeyd edib ki, müxtəlif elmi problemlərin həlli yolunda dünya şöhrətli alimlərlə birgə fikir mübadiləsinin aparılması istiqamətində işləri daha da gücləndirmək lazımdır: "Forum eyni zamanda Azərbaycanın dünyaya tanıdılması baxımından olduqca xüsusi önəm kəsb edir. Hesab edirəm ki, artıq bu forum dünyanın beyin mərkəzlərindən birinə çevrilməkdədir. Ona görə də bu tədbir ölkəmiz üçün tarixi hadisəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB