IV Bakı Beynəlxalq Humanitar Formu çərçivəsində "Humanizm Postmodern Dövrün Başlıca Dəyəri Kimi" mövzusunda keçirilən dəyirmi masada təşkil edilən "Prioritetlərin dəyişməsi: yeni universializmin formalaşması və tolerantlığın mühüm mənəvi dəyər kimi irəli sürülməsi" mövzusunda seminar başa çatıb. SİA-nın məlumatına görə, fasilədən sonra çıxış edən Malta parlamentinin sabiq sədri Maykl Frendo bildirib ki, tolerantlıq bir-birinin fikirlərinə qarşılıqlı olaraq hörmətlə yanaşmaqdır. Onun sözlərinə görə, beynəlxalq təhlükəsizlik tədbirləri çərçivəsində insanların azadlığı məhdudlaşdırılırsa, dini radikalizm baş verirsə, tolerantlıq yenidən qiymətləndirilməlidir: "Bir şəxsin digərini başa düşməsi, sakit şəraitdə yaşaması vacibdir. Bu, tolerantlıqdır. İKT-nin sürətli inkişafı ilə bütün sərhədlər açılır, miqrasiya artır. Ekstremizmdən can qurtarmaq üçün tolerantlıq təşviq olunmalıdır. Biz tolerantlıqdan da qabağa getməli, bir-birimizi daha dərindən başa düşməli, hər kəsin ləyaqətinə, müxtəlif mövqelərə hörmətlə yanaşmalıyıq. Sosial harmoniyanın yaradılması mümkündür. İnsan ləyaqətindən vacib heç nə ola bilməz".
Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz dünyada təhlükə altında olan dillərin qorunmasını vacib sayıb.
Tədbirdə çıxış edən ADU-nun professoru Çəmən Babaxanova deyib ki, azərbaycanlılar Ermənistandan qaçqın düşən zaman zorakılıqla üzləşiblər: "Ermənistanın Amasiya rayonu Azərbaycanın Qazax rayonu ilə qonşudur. Erməni qonşular bildirmişdilər ki, gecə ilə dağla qaçın, sizi öldürəcəklər. Fevralda 3 gün ərzində dağ yolu ilə qaçan 50 insandan yalnız 30-u gəlib Qazaxa çatdı".
Alimaniya və Fransa arasında müharibələrin baş verdiyini və bu gün bu iki ölkə arasında sürətli inteqrasiyanın olduğunu qeyd edən sessiyanın moderatoru, Florensiya Universitetinin sabiq rektoru Paolo Blazi deyib ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına dönməsini istərdik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB