Bakıda müasir informasiya cəmiyyətinin aktual problemləri müzakirə olunur YENİLƏNİB
IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu gün AzərTac-ın təşkilatçılığı ilə "Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri" adlı dəyirmi masanın ikinci panelində "Sosial media bumu: informasiya cəmiyyətlərində jurnalistikanın inkişafının yeni modeli" mövzusunda müzakirələr olub. SİA-nın xəbərinə görə, bu paneldə müasir jurnalistikada "sosial media" adlandırılan yeni hadisənin genezisi və onun ənənəvi informasiya sənayesinin obyektiv transformasiya prosesinə təsiri, habelə müasir informasiya cəmiyyətinin bir sıra digər aktual problemləri müzakirə edilib.
Malayziyanın BERNAMA agentliyinin Baş direktoru Yonq So Heonqun moderatorluğu ilə keçirilən paneldə Vyetnamın VNA agentliyinin Baş direktoru Nquyen Duk Loi, AzərTac-ın Baş direktoru Aslan Aslanov, Xorvatiyanın HINA agentliyinin Baş direktoru Branka Qabriela Valentiç, BƏƏ WAM agentliyinin icraçı direktoru Camal Nasser Əl-Suvayder, Belarus Teleqraf agentliyinin (BELTA) Baş direktoru Dmitriy Juk, " The Japan Times" qəzetinin prezidenti Takeharu Tsutsumi, Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya texnologiyaları kafedrasının müdiri, dosent Aynur Bəşirlinin məruzələri dinlənilib.
Vyetnamın VNA agentliyinin Baş direktoru Nquyen Duk Loi çıxış edərək deyib ki, Forumda sosial mediada olan problemləri müəyyənləşdirməyə çalışmalıyıq: "1995-97-ci illər ərzində sosial şəbəkə insanları bir araya gətirib. Sosial şəbəkənin genişlənməsi mühüm əhəmiyyətə malikdir. Bəzən sosial şəbəkələrdə elə faktlar qeyd edilir ki, bu öz həllini tapmır və yalan olur. Biz sosial şəbəkələrdən lazımi məlumatlara və yeniliklərə nəzər yetirmək üçün istifadə etməliyik. Bəzən xəbər agentlikləri sosial media vasitəsilə məlumat əldə etməyə üstünlük verirlər. Sosial media elə bir məkandır ki, oradan müxtəlif məlumatlar əldə etmək olar. Biz buna misal olaraq sunami hadisələri ilə bağlı məlumatları göstərə bilərik".
Belarus Teleqraf Agentliyinin baş direktoru Dmitriy Juk vurğulayıb ki, mediada yeni problem var:" Bu problem sosial şəbəkələrdə olan xəbərlərin strukturlaşmamasıdır. Sosial şəbəkədə neqativ reaksiya da formalaşa bilər. Sosial şəbəkələrdə medianın iştirakı çox asan və aktivdir. Daha az məlumatlı olan redaksiyalar var ki, onlar burada daha müvəffəqiyyətlə çıxış edirlər. Bizim sosial şəbəkələrdə ünvanlarımız var. Biz orada oxucularla ünsiyyət yaradır və tənqidi reaksiyalara cavab veririk. İstənilən istifadəçi sosial şəbəkələrdə sizin adınızdan çıxış edə bilər. Bu da təbii ki, təhlükəlidir. Bu problem həll olmalıdır. Xəbərləri daha aktiv şəkildə istehsal etmək imkanı yaradan marketinq şəbəkəsi qurmağa çalışmalıyıq ".
Qeyd edək ki, bu paneldən sonra "Qloballaşma şəraitində müasir elmin humanitar problemlərinin işıqlandırılmasında medianın yeri və rolu" mövzusunda müzakirə aparılacaq.
Foruma Bakı Yekun Bəyannaməsinin müzakirə olunması və qəbulu ilə yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB