"Forum fundamental məsələlərin müzakirəsi üçün çox böyük imkandır"

"Forum fundamental məsələlərin müzakirəsi üçün çox böyük imkandır"

"Bakıda olmaqdan çox məmnunam. Bakı çox gözəl şəhərdir və daim yenilənir, yeni binalar tikilir. Lakin burada elə bir qədim yer var ki, ora çox gözəl qorunur. Ümid edirəm ki, o yer qorunmaqda davam edəcək. Çünki bu yer şəhərin çox gözəl bir hissəsidir". SİA-nın xəbərinə görə, bu fikirləri Amerikanın Hartford Universitetinin rəhbəri Hamfrey Tonkin deyib.

O, həmçinin dünyanın 60-dan çox ölkəsindən dövlət xadimlərinin toplaşdığı tədbirdə iştirakdan məmnun olduğunu qeyd edib. Universitet rəhbərinin fikrincə, bu tədbir fundamental məsələlərin müzakirəsi üçün çox böyük imkandır.

Forumda iştirak edən Yaponiya-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Ken Matsuzava isə deyib ki, Azərbaycan modern ölkədir. O, azərbaycanlıları intellektual xalq adlandırıb: "Mən Yaponiyaya qayıdanda nələrdən danışdığımızı və nə qərara gəldiyimizi danışacağam. Bu qərarları neçə yerinə yetirə bilərik, artıq bu barədə müzakirələr aparacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə