Rauf Əliyev: “Xədicə İsmayılovadan alət kimi istifadə olunur” AÇIQLAMA
"Bu gün Xədicə İsmayılova kimi adamlar Azərbaycanın əleyhinə işləməklə məşğuldurlar". Bunu SİA-ya millət vəkili Rauf Əliyev Xədicə İsmayılovanın 10-a yaxın erməni dostu ilə birgə Varşava şəhərində keçirilən toplantıdakı etdiyi hərəkətlərə münasibət bildirərkən deyib.
Deputat bu cür insanları Azərbaycanın nüfuzuna xələl yetirdiyi üçün satqın adlandırıb: "Bundan əvvəl də Azərbaycanda bu kimi satqınlar olub. Onlar özlərini elə təqdim edirlər ki, guya bunlar Azərbaycan üçün hansısa işlər görüb və "ürəkləri yanır". Amma biz daxildə olanlara nəzər salsaq görərik ki, bu kimi insanlar hansı işlərlə məşğul (qrantlar alıb xərclədikləri yer bilinmir və s.) olublar. Bu gün Xədicə İsmayılova kimi adamlar Azərbaycanın əleyhinə işləməklə məşğuldurlar. Həmin insanlar sadəcə olaraq özlərini ifşa edirlər. Onlar öz ölkəsinə, millətinə, xalqına və s. satqın kimi görsənir. Təbii ki, bu da bizim millətə xas əlamət deyil. Sadəcə olaraq bizim düşmənlərimiz həmin insanlardan alət kimi istifadə edirlər".
Qeyd edək ki, Xədicə İsmayılovanın erməni sevgisi sentyabrın 23-də Varşava şəhərində ATƏT-in zirvə toplantısında da özünü göstərib. Tədbirdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov erməni nümayəndənin Dağlıq Qarabağı "müstəqil və demokratik ölkə" kimi təqdim etməsinə etiraz edərək Serj Sarkisyan rejiminin işğalçı və diktator mahiyyətini ortaya qoyub. Bu zaman X. İsmayılova 10-a yaxın erməni dostu ilə birgə Ə. Şahidova arxa çevirməklə çıxışa etiraz ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB