Bu gün keçirilən IV Bakı Beynəlxalq Forumunda Rusiya prezidenti Vladimir Putinin təbrik məktubu oxunub. SİA-nın xəbərinə görə, məktubu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenka oxuyub.
Məktubda deyilir: "Bakıda keçirilən Forum bir neçə il ərzində mötəbər tədbirlərdən birinə çevrilib. Bakı Beynəlxalq Forumu humanitar sahədə müzakirələrin aparılması üçün ən yaxşı platormalardan birinə çevrilib. Əminəm ki, Forumda gələcək üçün olduqca faydalı müzakirələr aparılacaq, tövsiyyələr səsləndiriləcək. Tədbir iştirakçılarına uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB