Prezident: "Müasir dünyada Azərbaycanın unikal rolu var" FOTO

İlham Əliyev IV Humanitar Forumda çıxış etdi
Prezident: "Müasir dünyada Azərbaycanın unikal rolu var" FOTO

"Dünyada baş verən bəzi narahat hallar belə forumların keçirilməsini zəruri edir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edərkən söyləyib.

Ölkə başçısı deyib ki, dünyada humanitar təhlilin aparılması üçün belə Foruma böyük ehtiyac var: "Bakı Beynəlxalq Forumu çox vacib formata çevrilib. Azərbaycan humanitar aspektlərə həmişə böyük diqqət göstərib".

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb: "Bu, bizim böyük sərvətimizdir. Dövlətin gücünü həm də cəmiyyətdə mövcud olan ab-hava, həmrəylik duyğuları müəyyən edir. Bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir. Biz bununla dünyaya müsbət töhfə veririk. Azərbaycanda əsrlər boyu multi mədənniyyətli cəmmiyyətlər mövcud olub, xalqlar arasında dostluq və həmrəylik bunun nümunəsidir. Bu gün də dünyada gedən təşəbbüslərə öz təsirimizi göstərməyə çalışırıq. Azərbaycanın bir sıra təşəbbüsləri dünyada öz əksini tapıb. Məsələn, 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət tədbirinə İslam Konfransı Təşkilatına üzv dövlətlər də dəvət olundu. 2009-cu ildə İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasına üzv dövlətlərin nazirləri dəvət edilmişdi. Azərbaycanın təşəbbüsü ilə dünya dini liderlərinin zirvə görüşü keçirilib".

Azərbaycana qarşı işğalşçılıq siyasəti aparıldığını deyən dövlət başçısı deyib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi Ermənistan tərəfindən zəbt edilib, etnik təmizlənmə siyasəti aparılıb. Xocalı soyqırımı törədilib, yüzlərlə insan qətlə yetirilib. BMT Təhlükəsizlik Şurası tərəfindən işğalçı qoşunların ərazilərdən çıxarılması barədə 4 qətnamə qəbul edilib. Bu qətnamələr yerinə yetirilmir, ikili standartlarla üzləşirik. Bilirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən 1 gündə yerinə yetirilir. İslam Konfransı Təşkilatı, Avropa Şurası da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul edib. Soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur, hər şey dağıdılıb. ATƏT-in Faktaraşdırıcı Missiyasının 2 məruzəsində göstərilib ki, məscidlər, tarixi abidələr, qəbiristanlıqlar dağıdılıb. Bu, böyük humanitar fəlakət idi. Azərbaycan qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi, problemlərinin həlli üçün işlər görüb. Hələ də onların bir hissəsi ağır şəraitdə yaşayır. Bütün bunlara baxmayaraq Azərbaycan dayanıqlı inkişaf edir. Humanitar sahə də hökumətimiz üçün prioritet sahələrdən biridir. Təhsilə böyük diqqət göstərilir. Son 10 ildə 3 minə qədər məktəb tikilib. Təhsildə islahatlar aparılır və yaxın gələcəkdə bu islahatların nəticəsini görəcəyik. Tələbələr dövlət hesabına xarici ölkələrə, dünyanın aparıcı ali məktəblərində təhsil almağa göndərilir".

Dövlət başçısı ölkədə müasir səhiyyə infrastrukturunun yaradıldığını da qeyd edib. Son 10 ildə 500 səhiyyə müəssisəsi tikilib. Mədəniyyətlə bağlı təşəbbüsslərimiz də öz nəticəsini verir. Tarixi abidələrimiz bərpa edilir. Azərbaycanda çoxlu qədim tarixi abidələr var, onlar Milli sərvətlərpimizdir. Dini abidələr də bərpa olunur. Onlardan biri olan, 743-cü ildə tikilmiş Şamaxı Cümə Məscidi də bərpa edilib. Şəkinin Şiş kəndində yerləşən Qafqazın ən qədim kilsəsi də bərpa edilib. Ölkədə mutlimədəniyyətli cəmiyyət, xalqlar arasında dostluq, qardaşlıq dövlətimizi gücləndirir".

İqtisadi və sosial sahədə əldə edilən uğurlardan danşan dövlət başçısı yoxsulluqla mübarizənin başa çatmaqda olduğunu, yaxın illərdə yoxsulluğun bir amil kimi aradan götürüləcəyini vurğulayıb.

Prezident bəzi dövlətlərdə neft gəlirlərindən düzgün istifadə edilmədiyini xatırladıb: "Biz isə neft gəlirlərini insan kapitalına çevirməyə nail olmuşuq. Azərbaycan bu gün kosmik sənaye ölkələrindən birinə çevrilb. Azərbaycan hazırda siyasi və iqtisadi cəhətdən müstəqil ölkədir. Bu, dünya ölkələri tərəfindən dəstəklənir. Azərbaycan bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdi. Bu da bizim dünyadakı rolumuzu, müstəqil siyasətimizi əks etdirir. Dünya birliyinin əksəriyyəti bizə inanır. Hər bir dövlət müstəqil siyasət aparsa, problemlər də aradan qalxar. Bu gün Forumda 60-dan çox ölkədən nümayəndə gəlib. Ancaq biz yığışıb müzakirə edirik ki, dünyadakı prosesləri necə müsbət istiqamətə yönəldək. Dünyada irqçilik, ayrı-seçkilik artır. Biz bu tendensiyaları narahatlıqla izləyirik. Forumda bu tendensiyaların qarşısının alınması istiqamətində müzakirə aparacağıq. Bəzən deyirlər ki, multikultiralizm iflasa uğradı. Ancaq dünyada multikultiralizmin alternativi yoxdur. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl qoymaya bilməz. Ona görə də bu məsələlər barədə danışmalı, lazım gələndə irad tutmalıyıq. Biz çalışırq ki, yaşadığımız bölgədə regional əməklaşlıq inkişaf etsin, ölkələr, millətlər arasında əlaqələr yaxşılaşsın, dinlərarası dialoq inkişaf etsin".

Dövlət başçısı müsəlman aləmində gedən proseslərin Azərbaycanı çox narahat etdiyini də vurğulyaıb: "Bu qanlı toqquşmalar ölkələri məhv edir. Biz buna təcrid olunmuş proses kimi baxa bilmərik. Eyni zamanda Avropada miqrantlara qarşı münasibətin pisləşməsi, ayrı-seçkiliyə tərəfdar olan qüvvələrin daha böyük səs toplaması hamımızı narahat etməlidir. Müasir dünyada Azərbaycanın unikal rolu var, biz Avropa və Asiya arasında, qədim İpək Yolunda yerləşən ölkəyik. Biz həm Avropanı, şəm də Asiyanı yaxşı anlayırıq".

Prezident iki il əvvəl Azərbaycanda Avroviziya Mahnı müsabiqəsinin keçirildiyini də xatırladıb: "Müsəlman ölkəsində belə müsabiqənin keçirilməsi mühüm hadisədir. 2015-ci ildə İlk Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək. İki il sonra isə Bakıda İslam idman oyunları keçiriləcək. Bugünkü Azərbaycan budur, biz Avropa və müsəlman ailəsinin üzvüyük. Bunun mümkün olduğunu ortaya qoyuruq. Cəmiyyətdə müsət tendensiyalar olanda böyük uğurlara imza atmaq mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə