Hikmət Babaoğlu: “Müxalifət diqqəti yayındırmağa çalışır” AÇIQLAMA

Hikmət Babaoğlu: “Müxalifət diqqəti yayındırmağa çalışır” AÇIQLAMA

"Son dövrlərdə Müsavatın fəaliyyəti marginal qrupun fəaliyyətini xatırladırdı. Azərbaycanın siyasi sistemində onun fəaliyyəti demək olar ki, hiss olunmurdu". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Müsavat daxilində baş verən qarşıdurmalara münasibət bildirərkən deyib.

H. Babaoğlunun sözlərinə görə, müxalifət daxilində baş verənləri məhz o marginal qrup arasında olan qrup üzvlərinin bir-birinə qarşı fəaliyyəti kimi qiymətləndirmək olar:" Bu mənada hesab edirəm ki, Müsavat Partiyası üçün bu, gözlənilən sonluq idi. Biz bilirik ki, orada qarşılıqlı ziddiyyətlər və siyasi sistemə inteqrasiya oluna bilməyən qruplar mövcud idi. Əlbəttə ki, belə bir şəraitdə sözü gedən qrup parçalanmalı idi. Müsavat Partiyasının başqanlıq seçkilərində şahidi olduğumuz hadisə də bu fəaliyyətin məntiqi nəticəsidir. Onlar hazırda öz zəifliklərini ört-basdır etmək, daxildə olan qarşılıqlı ittihamları kölgədə qoymaq üçün müxtəlif axtarışlar etməyə başlayıblar ki, diqqəti daxili parçlanmadan yayındırsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə