“YAP bələdiyyə seçkilərində qadınların təmsilçiliyinə üstünlük verəcək”

“YAP bələdiyyə seçkilərində qadınların təmsilçiliyinə üstünlük verəcək”

"YAP Qadınlar Şurası qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar müəyyən tədbirlərin keçirilməsini nəzərdə tutub". SİA-nın məlumatına görə, bunu YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, partiya bu dəfə ki seçkilərdə də qadınların təmsilçiliyinə üstünlük verəcək: "Partiyanı təmsil edən qadınlar bu seçki prosesində daha fəal olmalıdır. Hazırda bələdiyyə üzvlərinin təxminən 30 faizi qadınlardan ibarətdir. Biz istəyirik ki, bu göstərici artsın, qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi daha da yüksəlsin. Bu məqsədlə biz qadınların fəallığını artırmaq üçün seçki ərəfəsində zonalar üzrə görüşlərin keçirilməsini nəzərdə tuturuq. Yaxın günlərdə belə görüşlərin keçirilməsinə başlanacaq. İnanırıq ki, görülən işlər, maarifləndirmə tədbirləri müsbət nəticələrini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə