Vəhdət Partiyasının sədri Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında Milli Şuranın AXCP-yə birləşməsinin istisna olunmadığını bildirib: "Müsavat və onun tərəfdarları Milli Şuranı tərk etdi. Orada AXCP və Əli Kərimlini müdafiə edənlər qaldı. Bununla da Cəmil Həsənli AXCP-nin əhatəsinə düşmüş oldu. Xüsusilə son vaxtlar Milli Şuraya daxil olan şəxslər də ancaq AXCP orientasialı şəxslərdir. Belə demək mümkünsə Milli Şura AXCP-nin kölgəsidir. Yəni onun təkrarıdır. Bu baxımdan, Milli Şura AXCP-yə birləşə bilər". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli Milli Şura ilə AXCP-nin birləşə bilmək ehtimalına münasibətini bildirərkən deyib.
T.Kərimli bildirib ki, ümumiyyətlə, müxalifət partiyaları daxilində hər zaman bir-birinə qarşı mübarizə gedib: "Yəni hansı "ana" müxalifətdir və daha böyük liderdir. Demək olar ki, bir-birlərinin tədbirlərini boykot edirlər, sosial şəbəklərdə gözdən salırlar. Bu da İsa Qəmbərə və Müsavatın birliyinə qarşı duran bir qüvvədir".
Partiya sədri onu da əlavə edib ki, müxalifət partiya sədrləri bir-birini gözdən salmaqdan ötrü əllərindən gələn hər şeyi edirlər: "Belə olan halda müxalifət daxilində hansı irəliləyişlərdən söhbət gedə bilər? Əlbəttə heç bir. Demək olar ki, müxalifət daxilində olan partiya sədrlənin biri digərini gözdən salmaq kimi hərəkətləri uzun illərdir davam edir və edəcəkdir. Bir sözlə, müxalifət təmsilçiləri üzdə gülüb arxada bir-birlərini qırmaqla məşğul olurlar".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB