"Azərbaycana ilk dəfədir ki, gəlirəm. Bakı çox gözəl şəhərdir". SİA-nın xəbərinə görə, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Bakıya səfəri zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.
Azərbaycanla bağlı təəssüratlarını bölüşən Jirinovski qeyd edib ki, Azərbaycanın çox yaxşı rəhbərliyi var: "Mənim təəssüratlarım çox gözəldir, gözəl ölkəniz, çox yaxşı rəhbəriniz var".
RLDP sədri Azərbaycanda rus dilinin qorunması ilə bağlı sualı da cavablandırıb: "Ölkədə bununla bağlı vəziyyət çox gözəldir. Rus məktəblərinin sayının daha da çox olmasını istərdik".
O həmçinin Azərbaycanda barəsində mənfi fikir formalaşmasına və hazırda Azərbaycan barədə müsbət fikirlər söyləməsinin səbəblərinə də aydınlıq gətirib: "Bu, yanlış anlaşılmazlıqla bağlı idi. Müəyyən situasiya ilə bağlı söylənən fikir sonradan xalqa, ölkəyə aid edilir. Məsələn, hazırda Donbassa görə Kiyevdə mənə nifrət edirlər. Haradasa nə isə bir hadisə baş verəndə, biz onu qiymətləndiririk. Sonra da hər hansı situasiya ilə bağlı qiymətləndirməni o ölkə və xalqla bağlayırlar. Nəticədə yanlış anlaşılma olur".
Qeyd edək ki, RLDP sədri Bakı şəhərindəki 23 saylı orta məktəbdə olub və 6-cı sinif üçün rus dili və ədəbiyyatından açıq dərs keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB