Novruz Məmmədovdan Barak Obamaya cavab

Novruz Məmmədovdan Barak Obamaya cavab

Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ Prezident Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı fikrini şərh edib. SİA-nın xəbərinə görə, bu barədə Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.

"Prezident Obamanın sözləriylə desək, yerlər var ki, orada bir müxalifət partiyası, bir QHT belə yoxdur, demokratiyadan və insan haqlarından danışmaq olmaz"- deyə, PA rəsmisi qeyd edib

Novruz Məmmədov vurğulayıb ki, "amma o yerlər Qərbin "strateji tərəfdaşı"dır, qəzetləri də, TV-ləri də, QHT-ləri də susurlar... Maraqlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə