"XİN başçılarının görüşü prezidentlərin görüşünə hazırlıq məqsədi daşıya bilər" AÇIQLAMA

"XİN başçılarının görüşü prezidentlərin görüşünə hazırlıq məqsədi daşıya bilər" AÇIQLAMA

"Ümumiyyətlə, Azərbaycan və Ermənistan nümayəndələrinin hər hansı bir görüşü (xüsusilə də ölkəmizin maraqları çərçivəsində) bizim konstruktiv mövqedə olmağımızı və ölkəmizin zəmin yaratma meyllərini göstərir". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 69-cu sessiyasında Ermənistan xarici işlər naziri Edvard Nalbadyanla görüşünə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, Ermənistan rəhbərliyi Azərbaycanın mövqeyini dərk etməlidir: "Təbii ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 69-cu sessiyasında Ermənistan xarici işlər naziri Edvard Nalbadyanla görüşü Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan, Payız görüşünə hazırlıq məqsədi daşıya bilər. Hesab edirəm ki, ümumi təməl prinsiplər həmişə şəffafdır. Bu görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin statusuna dair Dağlıq Qarabağın Azərbaycan sərhədləri çərçivəsində qalması Azərbaycanın mövqeyidir. Bu görüşün ola bilər ki, hələ texniki detalları tam açıqlanmır. Amma bizim burada ümumi mövqeyimiz bəllidir və şəffafdır".

Bütün xəbərlər Facebook səhifəmizdə