"Sarkisyanın yürütdüyü siyasət Vladimir Putini qıcıqlandırır" Mərkəz direktoru

"Sarkisyanın yürütdüyü siyasət Vladimir Putini qıcıqlandırır" Mərkəz direktoru

"Rusiyanın Ermənistanda və Gürcüstanda səfiri olmuş Vyaçeslav Kovalenkonun Ermənistanın və ermənilərin ünvanına hədələrlə çıxış etməsi göstərir ki, Serj Sarkisyanın yürütdüyü siyasət Vladimir Putini qıcıqlandırır". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədri vurğulayıb ki, hazırda Rusiya-Ermənistan münasibətləri hədsiz gərgindir: "Hazırda Rusiya şübhələnir ki, Ermənistan ondan uzaqlaşaraq, ABŞ və Qərblə əlaqələri genişləndirməyə çalışır. Serj Sarkisyanın NATO-nun Uels sammitinə qaçması, BMT Baş Assambleyasının sessiyasına qatılaraq müxtəlif fikirlər səsləndirməsi, səfər çərçivəsində keçirdiyi görüşlərdə müxtəlif ikibaşlı bəyanatlar verməsi bu şübhələri daha da artırır. Məhz bunun nəticəsidir ki, V.Kovalenko kimi təmkinli diplomat Ermənistan əleyhinə hədələyici fikirlər səsləndirir. Əksər məsələlərə münasibət bildirməyən Vyaçeslav Kovalenko deyir ki, Ermənistan yekun etibarilə Avrasiya İttifaqına daxil olmasa, təkcə erməni dövlətçiliyinin yox, həm də erməni xalqının gələcəyi sual altına düşəcək. Bu onu göstərir ki, Rusiyanın Ermənistana münasibəti nə qədər gərgindir".

M.Əhmədoğlu Həştərxanda Xəzəryanı ölkələrin 4-cü sammitinə guya Ermənistan prezidentinin Rusiya prezidenti Vladimir Putin tərəfindən dəvət edilməsi və Dağlıq Qarabağ münaqişəsinin yenidən danışıqlar masasına gətiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, Ermənistan xəzəryanı dövlət deyil və bu xəbərlər Ermənistan və Rusiyanın arasının yağla bal kimi olduğunu göstərmək istəyən qüvvələr tərəfindən yayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə