Müsavat Partiyasında başqanlıq uğrunda mübarizədə namizədlər tərəfdarları tərəfindən ilginc bənzətmələrlə təbliğ olunurlar. SİA-ya daxil olan məlumata görə, bu dəfə Arif Hacılının tərəfdarı - "İnam" Plüralizm Mərkəzinin sədri Vahid Qazi Müsavat Partiyasına yeni başqan seçimi ilə əlaqədar yazdığı bəyanatında bildirib ki, Hacılı partiyanın qurulmasında qara fəhləlik edib və indi də simaca M.Ə.Rəsulzadəyə bənzəyir: "Bir vaxtlar strukturları ölkənin az qala hər kəndini belə əhatə edən bir partiyanın qurulmasında qara fəhləlik eləmiş birini seçəcəklər…Yaşa dolduqca simaca da Rəsulzadəyə oxşayan Arif Hacılını başqan edəcəklər".
Xatırladaq ki, bir vaxtlar müxalifətdəki opponentləri Arif Hacılını Stalin dövründə SSRİ-nin rəhbərlərindən biri olmuş Molotova da bənzədiblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB