Zahid Oruc: “ABŞ-nın siyasi elitası Azərbaycanla hansı münasibətlərdə olmağın zərurətini yaxşı anlayır” MÖVQE

Zahid Oruc: “ABŞ-nın siyasi elitası Azərbaycanla hansı münasibətlərdə olmağın zərurətini yaxşı anlayır” MÖVQE

"Barak Obamanın çıxışından çıxarılan nəticə belədir ki, ABŞ-ın bundan sonrakı dövrdə də demokratiyaya baxışlarının yalnız QHT-lərin fəaliyyətləri üzərində qurmaq olmayıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc ABŞ prezidenti Barak Obamanın məlum çıxışında Azərbaycandakı vətəndaş cəmiyyəti barədə tənqidi fiikirlər səsləndirməsinə münasibətini bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, indiki şəraitdə QHT-lərin fəaliyyəti ilə bağlı dövlətin qəbul etdiyi qanunların tənqid edilməsi o anlama gəlir ki, zamanında ABŞ-a işləyən daxili qüvvələrin, qrupların və təşkilatların meydanı genişləndirilsin: "Əslində, məqsəd QHT-lərin qeydiyyatının tənzimlənməsi, fəaliyyəti, maliyyə şəffaflığı, onların işinin cəmiyyətə çatdırılması və s idi. Ancaq, hüquq müdafiəçisi adı altında "xalq diplomatiyası" işi ilə məşğul olan QHT-lər casusluq yolunu tutmamalıdırlar. Belə mükəmməl qanunların qəbul edilməsini ABŞ-ın milli maraqlarına zərbə kimi dəyərləndirilməsi o qənaəti yaradır ki, daxildəki dayaqlar sarsıdıldıqca, xarici aləmdən ölkəmizə qarşı uğursuz təzyiq və təsirlərin olacağı gözləniləndir".

"Sanki bizə ictimai həyatın və əmin-amanlığın pozula biləcəyi ilə bağlı xəbərdaretmə cəhdi də var"

Zahid Oruc ABŞ prezidentinin bu kimi fəaliyyətinin arxasında digər səbəblərin olduğunu da deyib: "İkinci məsələ isə düşünürəm ki, təkcə ölkəiçi məsələlərə, problemlərə adi deyildi. Belə ki, Obamanın fəaliyyətinin geopolitik mənası və səbəbləri var. İlk növbədə beynəlxalq aləm açlışır ki, Azərbaycanı Cənubi Qafqazda aparıcı ölkə kimi Rusiyaya qarşı qaldırsın. Həm iqtisadi əlaqələr, həm siyasi münasibətlər bu və ya digər formada əngəllənsin, o cümlədən, biz Ukraynanın yanında Qərbin koalisiyasında hətta bir çox hallarda sanksiya rejimini qəbul edərək, Rusiya əleyhinə yaradılmış bloklara qoşulmuş olarıq. Ona görə də zaman-zaman belə mesajlar verilir. Bizə onu anlatmağa çalışırlar ki, əks halda sizin daxili məsələləri qabardıb ölkə içərisində özünüzün dayaqlarınızı sizin əleyhinizə təşkilatlandıra bilərik. Bilirsiniz ki, orada qeyd olunmuşdu ki, əgər hakimiyyət tərəfindən basqılar davam etsə bu ekstremizmə yol açaraq təhlükəsizlik balansını pozmuş olar. Sanki bizə ictimai həyatın və əminamanlığın pozula biləcəyi ilə xəbərdaretmə cəhdi də var. Mən bunu ultimatum adlandırmaq istəyənlərin də mövqeyi ilə razılaşmıram. Çünki düşünürəm ki, ABŞ-nın siyasi elitası da Azərbaycanla hansı münasibətlərdə olmağın zərurətini yaxşı anlayırlar. Beləliklə, bayaq qeyd olunduğu kimi, ikinci səbəb Rusiya amildir".

"Obamanın çıxışına Azərbaycan tərəfi çox anlayışla, emosiyasız, soyuq bir məntiqlə hörmətli Əli Həsənovun timsalında qeyd olunan açıqlamaya münasibətini bildirdi"

"Üçüncü səbəb isə digər dövlətrlərlə ölkəmizin apardığı siyasətdir"-deyə qeyd edən millət vəkili bunu belə şərh edib: "Xüsusilə, İranla əlaqələrimiz var və bölgədəki yürütdüyümüz siyasət, müstəqil kurs cənab İlham Əliyevin öz qətiyyətli mövqeyini dünyaya təqdim etməsi Qərbdə o qədər də həzm olunmur. Xatırlayırsınıza, ölkə liderimiz bir müddət öncə Avropa Şurasında çıxışında yüksək liderlik keyfiyyətlərini ən ali formadakı çıxışında sərgilədi. Bu çıxış Qərb dairələrinə onu göstərdi ki, Azərbaycanı hər hansı bir diktə altında saxlamaq mümkün olmayacaq. Bunun hədəfi və zərbəsi haradan gəldi? Avropa Parlamentinin məlum qətnaməsindən, Obamanın çıxışındakı notlardan. Və gələcəkdə də bunlara bənzər müxtəlif bəyannamə və aktların qəbul ediləcəyini gözləmək olar. Sual yaranır ki, niyə? Çünki düşünürlər ki, əgər Ukraynaya, Gürcüstana, digər postsovet ölkələrə öz demokratik modellərini qəbul etdirərlərsə, demokratiya ixrac olunan bir silahdırsa, Azərbaycan da bu silahı mütləq şəkildə almalıdır. Yəni məsələnin kökü, məğzi budur".

"Ona görə də düşünürəm ki, Obamanın çıxışına Azərbaycan tərəfi çox anlayışla, emosiyasız, soyuq bir məntiqlə hörmətli Əli Həsənovun timsalında qeyd olunan açıqlamaya münasibətini bildirdi"-deyə bildirən Zahid Oruc bununla yanaşı xatırlatma etdi: "Amma ABŞ-ın özünün içərisində məlum Ferqyuson hadisələri, bir qaradərili gəncin öldürülməsi və buna etirazın qarşılığında polisin qəddarlığı. İctimai aksiyalar zamanı tədbiq olunan müxtəlif vasitələr onu meydana çıxardı ki, hər bir ölkədə cəmiyyət və dövlətin münasibətlərinin tənzimlənməsində müxtəlif tərəflər mövcuddur. Amma bunu bəhanə edib, ölkənin demokratikliyi və durumu haqqında bir nəticəyə gəlmək və ona qarşı başqa xarakterli mövqe sərgiləmək, ortaya qoymaq da belə hesab edirəm ki, normal mövqe deyil".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə