Azərbaycan hökuməti ilə ATƏT arasında memorandum imzalanıb FOTO

Azərbaycan hökuməti ilə ATƏT arasında memorandum imzalanıb FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib. Tərəflər ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinin ofisi və ofis tərəfindən təqdim olunmuş layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası hökuməti arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumu" imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə