"Obamanın bu cür fikirlər səsləndirilməsi o deməkdir ki, Amerika Rusiya ilə rəqabətə girib və bu rəqabətdə də Azərbaycan kimi ölkələrdən istifadə etmək niyyətindədir". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli ABŞ prezidenti Barak Obamanın Vətəndaş institutları haqqında Azərbaycana yönəlik qərəzli fikirlərinə münasibət bildirərkən deyib.
Aparat rəhbərinin sözlərinə görə, son vaxtlar gedən proseslər dünyanı idarə etmək iddiasında olan ölkələrin regionları əldə etmək siyasəti ilə bağlıdır: "Rusiya, Qərb və ABŞ Qafqaz, Orta Asiya, Şərqi Avropa ölkələri uğrunda mübarizə aparır. Məhz buna görə də artıq Amerikanın özü də regionda öz siyasətini gücləndirmək istiqamətində addımlar atır. Hesab edirəm ki, Barak Obamanın qərəzli çıxışı bu məsələdən qaynaqlanır. Düşünürəm ki, Obama Qafqazda ABŞ-ın nüfuzunun daha da artırılması istiqamətində cəhdlər edir və buna görə də Azərbaycanın adını çəkib. İndiyədək Azərbaycan haqqında ABŞ-ın prezidenti səviyyəsində hər hansı bir fikir söylənməyib. Təbii ki, regionda belə hadisələr baş verdiyi təqdirdə Obamanın Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirilməsi o deməkdir ki, Amerika Rusiya ilə rəqabətə girib və bu rəqabətdə də Azərbaycan kimi ölkələrdən istifadə etmək niyyətindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB