BAXCP-nin sədri müavini Niyaməddin Orduxanlı "facebook" səhifəsində Cəmil Həsənlini ittiham edən fikirlərini paylaşıb. SİA-nın xəbərində görə, verir ki, Niyaməddin Orduxanlı Cəmil Həsənlini hakimiyyətin hesabına kitablar yazdığını xatırladaraq vurğulayıb ki, Əkrəm Əylisi ilə Cəmil Həsənli oxşardırlar:" Bu adamların son 20 ildə etdikləri göz qabağındadır. Cəmil Həsənli hakimiyyətin pulu hesabına kitablar çap edib, kitablarında Azərbaycanı Qafqazın lider dövləti adlandırıb. Sonrada utanmadan, riyakarcasına özünü əsl "müxalifət" kimi cəmiyyətə təqdim etməyə çalışır. Bu adamlara nə deyəsən? Sənin bir tayın da Əkrəm Əylislidir. İndi onu "Nobel" mükafatına layiq görürlər. Özü də kimlər? Ermənilər və ruslar. Elə bu faktın özü onu deyir ki, Əkrəm qəsdən o kitabı yazıb, ola bilsin ki, kitabda yazılanları da elə ermənilər yazıb göndərib. Siz hər zaman şəxsi marağınız üçün hər addımı atmısınız. Heç olmasa bunu bilin ki, sizin əsl sifətinizi görən adamlar həddindən artıq çoxdur və sizlər yaxşı tanıyırlar..."
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB