Elmar Məmmədyarov Nalbandyanla görüşüb

Elmar Məmmədyarov Nalbandyanla görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 23 sentyabr tarixində BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilmiş və prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə