Araz Əlizadə: "Xədicənin dalı onun öz şəxsi mülküdür" AÇIQLAMA

Araz Əlizadə: "Xədicənin dalı onun öz şəxsi mülküdür" AÇIQLAMA

"Görünür Xədicə İsmayıl bu dəfə də arxasını reklam etdirmək istəyib". Bu fikirləri SİA-ya Azərbaycan Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Varşava şəhərində ATƏT-in zirvə toplantısında "Fundamental azadlıqlar" mövzusu müzakirəsi zamanı Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı və Ermənistanın işğalçılıq siyasəti barədə çıxışı zamanı jurnalist Xədicə İsmayılın və bir neçə nəfərin ona arxa çevirməsinə münasibətini bildirərkən deyib.

ASDP sədri deyib ki, əslində Azərbaycan xalqı dalını Xədicə İsmayıla çevirib: "Düzdür, Xədicənin dalı onun öz şəxsi mülkiyyətidir. Hara istəsə ora çevirə bilər, nələrinsə üstündə otura bilər. Ona görə də onun dalının bizə heç bir dəxli yoxdur. Lakin buna baxmayaraq, Azərbaycan xalqı da ona və onun kimilərinə dalını çevirib. Buna kimsənin şübhəsi olmasın".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə