Elmar Məmmədyarov 2014-cü ilin 23 sentyabr tarixində BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirakı çərçivəsində Sinqapurun xarici işlər naziri Kasivisvanatan Şanmuqam ilə görüş keçirib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari durumunu yüksək qiymətləndirib, iqtisadi və mədəni sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Habelə, qarşılıqlı səfərlər mübadiləsinin intensivləşdirilməsinin münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyəti vurğulanıb.
Nazir Elmar Məmmədyarov sinqapurlu həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin cari durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.
Elmar Məmmədyarov K.Şanmuqamı ölkəmizə rəsmi səfərə dəvət edib və onun tərəfindən bu dəvət məmnuniyyətlə qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB