Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan ilə görüşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı salamlayan Ali Məclisin Sədri onu Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib.
Derek Hoqan muxtar respublikaya ikinci dəfə səfər etdiyini, bu səfərin iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafı baxımından faydalı olacağını vurğulayıb. Qonaq Amerika Birləşmiş Ştatlarından gələn musiqi qrupunun Naxçıvan şəhərində konsert proqramı ilə çıxış edəcəyini bildirib, göstərilən səmimi münasibətə və dəstəyə görə minnətdarlıq edib.
Ali Məclisin Sədri muxtar respublikada mədəniyyətin inkişafı istiqamətində görülən tədbirləri diqqətə çatdırıb, Amerika Birləşmiş Ştatlarının musiqi qrupu tərəfindən veriləcək konsertin Naxçıvanda maraqla qarşılanacağını bildirib.
Görüşdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB