“Sarkisyanın müharibə ritorikasının arxasında real heç nə dayanmır” MÜSAHİBƏ
Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur
- Elşad müəllim, Vatikanda səfərdə olan Serj Sarkisyan bəyan edib ki, Dağlıq Qarabağda müharibə hələ bitməyib. Bu onu deməyə əsas verirmi ki, Fransa prezidentinin vasitəsi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında keçiriləcək görüş nəticəsiz qalacaq?
- Təbii ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün bütün vasitələrdən yararlanıb. Yəni biz bu gün Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi potensialının tam tükənmədiyi qənaətindəyik. Bu baxımdan da, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi istiqamətində cəhdlərmizi davam etdiririk. Ermənistan da bütün vasitələrlə münaqişə vəziyyətinin qalmasına çalışır və öz işğalçılıq siyasətini davam etdirir. Ermənistan prezidenti Serj Sarkisyan çox gözəl başa düşür ki, əgər yaxın zamanlarda bu dinc vasitələrlə münaqişənin tənzimləmək mümkün olmasa, Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad edəcəkdir. O ki, qaldı Fransa görüşü ilə bağlı daha öncələr də qeyd etmişəm ki, bu günlər Ermənistan hakimiyyəti münaqişəsini dinc tənzimləmək iqtidarında olmayan bir hakimiyyətdir. İlk öncə bu hakimiyyət asılı hakimiyyətdir. Bu hakimiyyətin davranışları kənardan tənzimlənir. Bu baxımdan da, Ermənistan öz ağalarının dedikləri ilə oturub-durur. Bir sözlə, Ermənistan müstəqil qərar vermək iqtidarında deyil.
- Sizcə, Serj Sarkisyanın müharibə əhval ruhiyyəsi ilə çıxış etməsinin arxasında Rusiyanın təsiri dayana bilərmi?
- Sirr deyil ki, artıq Ermənistan qeyri-müstəqil bir ölkədir. Onun hər bir atdığı addım hansısa güclərin maraqlarına xidmət edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində də Ermənistanın əsas hərəkətverici qüvvəsi qismində təbii ki, Rusiya çıxış edir. Bu baxımdan, hesab etmək olar ki, Ermənistanın bu günləri status-kvo vəziyyətinin saxlanılmasında məhz xarici faktorların rolu böyükdür. Amma Serj Sarkisyanın bəzi hallarda müharibə ritorikasına üstünlük verməsinin arxasında real heç nə dayanmır. Çünki müharibə olacaqı təqdirdə Ermənistanın arxasında hansı gücün dayanmasından aslı olamayaraq, qısa bir zamanda Azərbaycan tərəfindən Ermənistan dövləti darmadağın ediləcəkdir. Bu reallığı Ermənistan prezidenti də çox gözəl bilir.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB