Elçin Mirzəbəyli: “Azərbaycan terror faktoruna həssaslıqla yanaşır” MÖVQE
"Beynəlxalq terrorizmlə bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan terror faktoruna həssaslıqla yanaşır və burada ikili standartlara yol vermir. Çünki erməni terroru ilə qarşı-qarşıya olduğumuza görə ölkəmiz bu faktora qarşı mübarizəsini gücləndirməkdədir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli MTN-nin İŞİD terror qruplaşmasının 26 üzvünün həbs edilməsinə münasibətini bildirərkən deyib.
O bildirib ki, dünyada yaranan İŞİD və ya digər terror qrupları dünyada baş verən ikili standartların nəticəsində ortaya çıxıb: "Bu gün dünyanın ayrı-ayrı ölkələrinə demokratiyanı yaymaq təzyiq yolu ilə aparılmasaydı, hazırda dünyada terrorizmlə mübarizə daha rahat şəkildə aparılardı. Beləliklə də İŞİD kimi qruplaşmalar ortaya çıxaraq, dünyaya təhdid etməzdi. Bu baxımdan, Azərbaycanın bu sahədə göstərdiyi fəaliyyət göz qabağındadır. Azərbaycan hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşlarının rahat yaşaması üçün təhlükəsizliklərini təmin edir. Bu isə öz növbəsində cəmiyyətə verilən mesajdır. Yəni dünyanın harasında olmasından asılı olmayaraq, hər hansı bir cinayətkar qrup mütləq cəzalandırılacaqdır. Azərbaycan hüquq mühafizə orqanları cinayətkarlığa qarşı ciddi mövqeyə malikdir".
Elçin Mirzəbəyli eyni zamanda bildirib ki, bu məsələlərdə cəmiyyət də aktiv olmalıdır: "Cəmiyyətimiz bu istiqamətdə hüquq- mühafizə orqanlarına kömək etməlidir. Çünki hər hansı ailənin problemi bəzən cəmiyyətin probleminə çevrilir. Ona görə də cəiyyət onun təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanlarına dəstəyini əsirgəməməlidir".
İsmayıl Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB