PA rəsmisi Serj Sarkisyana tövsiyyə verdi MÜNASİBƏT

PA rəsmisi Serj Sarkisyana tövsiyyə verdi MÜNASİBƏT

"Ermənistan prezidenti Serj Sarkisyandan ağıllı bəyanat gözləmək onsuz da çox çətindir". Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov SİA-nın əməkdaşının sualını cavablandırarkən deyib.

PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Ermənistan prezidentinə tövsiyyə verib: "Mən sadəcə olaraq onun bircə şeyi başa düşməsini istərdim. Ona tövsiyyəm budur ki, Sarkisyan söylədiyi fikilərlə bağlı daha ətraflı düşünsün. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nə qədər gec həll olunsa, bu işğalçı ölkənin rəhbərləri, xalqı üçün də çox ağır nəticələnə bilər. Gec-tez ətraflı düşünüb, təhlil aparıb nəticə çıxarmaq lazımdır. Bu münaqişə tez bir zamandan həll olunmalıdır. Biz öz tarixi torpaqlarımızı geri qaytaracayıq".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunduğu təqdirdə Ermənistanın yeni layihələrə cəlb olunmasına toxunan PA rəsmisi deyib ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli həll olunarsa, beynəlxalq hüquq çərçivəsində bu münaqişədən sonra biz Ermənistanla əməkdaşlıq məsələlərinə baxa bilərik.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Vatikanda səfərdə olarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin artıq çox çətin bir məsələ olduğuna dair sərsəm bəyanat səsləndirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə