Ölkə başçısı İsmayıllıda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib FOTO

Ölkə başçısı İsmayıllıda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib FOTO

Sentyabrın 22-də Prezident İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub. SİA-nın xəbərinə görə, əvvəlcə İsmayıllıya gələn dövlət başçısı Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin yerləşdiyi mərkəzi meydanda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, mərkəzi meydanda geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə