Elçin Mirzəbəyli: “Bu, Azərbaycana qarşı aparılan kampaniyanın tərkib hissəsidir” AÇIQLAMA
"Kimliyindən asılı olmayaraq (bu istər media nümayəndəsi, QHT təmsilçisi, dövlət məmuru olsun və s.) hər bir şəxs cinayət törətdiyinə görə, məsuliyyətə cəlb olunmalıdır". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bəzi beynəlxalq təşkilatların Azərbaycanda siyasi məhbusların mövcudluğundan danışmasına münasibət bildirərkən deyib.
Sədr müavini hesab edir ki, beynəlxalq təşkilatların bəyanatlarında yer alan fikirlər hüquqi cəhətdən heç bir əsasa malik deyil: "Xüsusilə vergi cinayətlərinə Qərb ölkələrində həddən artıq böyük cərimələr və cinayət məsuliyyətləri nəzərdə tutulub. Azərbaycanda bu hədd Qərb, Avropa ölkələrində olduğu kimi deyil. Belə olduğu təqdirdə isə konkret cinayətdə şübhəli bilinən və digər şəkildə istintaqa cəlb edilən insanlar haqqında verilən bəyanatlar şübhəsiz ki, heç bir hüquqi əsasə malik deyil. Bütün bunlar siyasi motivlərə söykənir. Bu, Azərbaycana münasibətdə aparılan kampaniyanın tərkib hissəsidir. Təbii ki, bu kampaniya bir çox amillərlə bağlıdır".
Azərbaycanın yürütdüyü müstəqil siyasətin və ölkəmizin dinamik inkişafının erməni diasporu ilə yaxından əməkdaşlıq edən təşkilatların gözünün götürmədiyini bildirən Elçin Mirzəbəyli vurğulayıb ki, burada digər amil həmin ölkənin dünya ictimaiyyətinin diqqət mərkəzində olması və mütəmadi olaraq Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlıdır: "Hər bir uğurlu addım öncəsi ölkəmizə qarşı mütəmadi olaraq belə kampaniyalar başlayır. Biz həyata keçirilən hər layihə ərəfəsində bu kimi kampaniyaların şahidi oluruq. Təbii ki, bu proses vahid bir mərkəzdən idarə olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB