Niyaməddin Orduxanlı: “Leyla Yunus və ona dəstək verənlər cəmiyyət üçün əhəmiyyətsiz ünsürlərdir” AÇIQLAMA
"Leyla Yunus Azərbaycan dövlətini sevməyən və Azərbaycan xalqının əleyhinə olan bir insandır. Ümumilikdə isə, Leyla Yunus məqsədli şəkildə Azərbaycanın əleyhinə fəaliyyət göstərən bir şəxsdir". Bi fikirləri SİA-ya açıqlamasında İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı Leyla Yunusun öz ətrafında səs-küy qaldırmasına, süni ajiotaj yaratmasına münasibət bildirərkən deyib.
QHT rəhbərinin bildirdiyinə görə, təəssüflər olsun ki, Azərbaycanı sevməyən bəzi beynəlxalq təşkilatlarda Leyla Yunusla bərabər fəaliyyət göstərirlər: "Demək olar ki, həmin o beynəlxalq təşkilatlar da erməni lobbiçiliyinə yaxındılar. Hər zamanda onlar Azərbaycanın əleyhinə fəaliyyət göstəriblər bu gün də belədir".
Niyaməddin Orduxanlının sözlərinə görə, Leyla Yunus uzun illərdir ki, Azərbaycanın milli maraqlarına zərbə vurmaq niyyətində olub: "Bu gün ona qarşı yönəlmiş dövlət ittihamı var və o Vətənə xəyanətdə ittiham edilir. Baxmayaraq ki, bu şəxsin müdafiəsində durmağa calışan qüvvələr var. Dağıdıcı müxalifət təmsilciləri ondan yararlanıb, öz məkrli məqsədləri üçün istifadə etmək istəyirlər. Yəni, Leyla Yunus həbsindən siyasi şou düşəldib Azərbaycanın milli maraqlarına zərbə vurmaq istəyən qüvvələr mövcuddur və onlar da bu istiqamətdə fəaliyyət aparırlar. Amma istəkləri baş tutmayacaq. Çünki istər Leyla Yunus istərsə də ona dəstək verənlər cəmiyyət üçün əhəmiyyətsiz ünsürlərdir".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB