Politoloq: “Ermənistanda Serj Sarkisyanın nəzarət etdiyi sahələrdə vəziyyət bərbad gündədir”

Mübariz əhmədoğlu: “Azərbaycan ordusu Serj Sarkisyanı diasporun gözü qarşısında tərəkəməyə oynadanda başa düşəcək ki, bizə qarşı müharibə dili ilə danışmaq nə deməkdir”
Politoloq: “Ermənistanda Serj Sarkisyanın nəzarət etdiyi sahələrdə vəziyyət bərbad gündədir”

"Ermənistan prezidenti Serj Sarkisyanın qarşısında duran əsas məsələ ölməkdə olan ölkəsinin vəziyyətini diaspor nümayəndələrindən gizlətməkdir. Çünki, Serj Sarkisyanın cibinə gedən pulların əsas hissəsi diasporun hesabına formalaşır. Ona görə də diaspora qarşısındakı çıxışı zamanı Azərbaycana qarşı müharibə əhval-ruhiyyəli bəyanatlar səsləndirib".

Bunu SİA-ya Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Ermənistan prezidenti Serj Sarkisyanın müharibə əhval-ruhiyyəli bəyanatlarını şərh edərkən deyib.

"Serj Sarkisyan diaspora qarşısındakı çıxışı ilə onlara isbat etməyə çalışır ki, guya Ermənistan güclüdür, pulları orduya xərcləyir, Dağlıq Qarabağ məsələsində uğur əldə edəcəklər. Yəni, bu fikirlər onun şəxsi kapitalı naminə səslənib, - deyə M.Əhmədoğlu vurğulayıb.

Politoloq sual edib ki, nədən Serj Sarkisyan çıxışı zamanı iqtisadiyyatın, elmin inkişafından danışmır?: "Çünki, Ermənistanda müsbətə doğru dəyişən heç nə yoxdur. Xüsusən birbaşa Serj Sarkisyanın nəzarət etdiyi sahələrdə vəziyyət bərbad gündədir. Ona görə də diaspora qarşısında müharibə bəyanatı verməlidir. Çünki, başqa variantı yoxdur".

"Yaxın vaxtlarda Azərbaycan ordusu bütün erməni diasporuna sübut edəcək ki, Serj Sarkisyan yalan danışır, onun dediyi ancaq diaspordan pul qopartmağa hesablanmış bəyanatlardır. Azərbaycan ordusu Serj Sarkisyanı diasporun gözü qarşısında tərəkəməyə oynadanda başa düşəcək ki, bizə qarşı müharibə dili ilə danışmaq nə deməkdir, - M.Əhmədoğlu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə