Sərdar Cəlaoğlu: “Səid Nuri ABŞ-da öyrəndiyi həyat tərzini Azərbaycanda da yaşamaq istəyib” MÜNASİBƏT

Sərdar Cəlaoğlu: “Səid Nuri ABŞ-da öyrəndiyi həyat tərzini Azərbaycanda da yaşamaq istəyib” MÜNASİBƏT

"AXCP ilə münasibətlərim yaxşı olmadığı üçün demirəm, ancaq Səid Nurinin məlum görüntüləri barədə elə də geniş şərh vermək istəməzdim". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXCP fəalı Səid Nurinin otellərin birində çəkilmiş pornoqrafik videogörüntülərinə münasibətini bildirərkən deyib.

ADP sədri deyib ki, hər bir insanın öz intim həyatı var və bunu öz daxili hisslərində saxlayır: Ancaq görünür, Səid Nuri ABŞ-da öyrəndiyi həyat tərzini Azərbaycanda da yaşamaq istəyib və nəticədə onun intim həyatı daxili hisslərdən çıxaraq, ictimailəşib".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə