Politoloq: “Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alsa...”

Rasim Musabəyov: “Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaqla maraqlarına daxil olan məsələlərin müzakirəsi zamanı mövqe bildirmək imkanı qazanır”
Politoloq: “Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alsa...”

"Mərkəzi Asiya regionunda baş verən proseslərin müzakirəsində iştirak Azərbaycan üçün maraqlıdır". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaq istəməsinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaqla daha bir dialoq meydanı əldə etmiş olur: "Bu Azərbaycan üçün dialoq meydanıdır. Bu təşkilata müşahidəçi statusu əldə etməklə Azərbaycan üzərinə hər hansı bir öhdəlik götürmür. Sadəcə olaraq Azərbaycanın maraqlarına daxil olan məsələlərin müzakirəsi zamanı mövqe bildirmək imkanı qazanır".

R.Musabəyov deyib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alsa belə nə geopolitik mövqeyində, nə də seçdiyi kursda heç bir dəyişiklik olmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə