Sahib Alıyev: “Qazağıstan və Belarus Azərbaycanın maraqlarına uyğun addım atıblar” RƏY

Sahib Alıyev: “Qazağıstan və Belarus Azərbaycanın maraqlarına uyğun addım atıblar” RƏY

"Əslində bu, normal bir tələbdir və bu tələb beynəlxalq hüququn, beynəlxalq normaların prinasiplərinin icrası təcəssümü kimi də başa düşülə bilər". Bu fikirləri SİA-ya politoloq Sahib Alıyev Qazaxıstan və Belarusun Avrasiya İttifaqı çərçivəsində Ermənistanla Dağlıq Qarabağ arasında gömrük-sərhəd məntəqələrinin yaradılması tələblərinə münasibətini bildirərkən deyib.

Sahib Alıyev bunu belə uzah edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ölkəmiz BMT-yə üzv olanda bu torpaqlar Azərbaycanın təkib hissəsi kimi qeyd edilib: "Ona görə də əgər Azərbaycan Avrasiya İttifaqına üzv deyilsə, Azərbaycanın torpqalarının bir hissəsi adıçəkilən İttifaqın tərkib hissəsi ola bilməz. Bu, həm beynəlxalq prinsiplərə, həm də Avrasiya İttifaqının Nizamnaməsinə ziddir".

Politoloq vurğulayıb ki, əslində, həm Qazaxıstanın, həm də Belarusun sərgilədikləri mövqe ölkəmizin maraqları baxımından müsbət qiymətləndirilməlidir: "Mən bunu təbii qəbul edirəm. Hər iki dövlətin bu addımı eyni zamanda Azərbaycanın da maraqlarına cavab verən addımlardır".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə