"Bilirsiniz, mənə elə gəlir ki, bu partiyanın daxili nizamnaməsinə uyğundur. Namizəd başqa hər hansı bir vəzifədə təmsil oluna bilməz". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılının sözügedən postdan istefasına münasibətini bildirərkən deyib.
"Bu prosedur bir qaydadır və buna uyğundur. Bu baxımdan, belə bir addım atılır"-deyə, qeyd edən BAXCP rəsmisi bununla belə, partiya daxilində qarşıdurmaların artacağını da istisna etməyib: "Müsavat daxilində ziddiyyətlər, mübahisələr dərinləşir. Yəni bu gün başqanlıq uğrunda gedən mübarizə görüntüsü var. Amma bəzən özləri də deyirlər ki, biz qurultayı ola bilsin ki, təxirə saldıq. Düşünürəm ki, bu hadisələri İsa Qəmbər özü ortaya çıxarır və belə bir gərginlik yaradır".
Niyaməddin Orduxanlı, eyni zamanda, qeyd edib ki, burada İsa Qəmbərin də müəyyən maraqları var. Belə ki, onun əsas məqsədlərindən biri başqanlıqdan gedəcəyi təqdirdə partiyanın dağılacağı görüntüsünü yaratmaqdır: "İsa Qəmbər Müsavat daxilində, eləcə də cəmiyyətdə belə fikir formalaşdırmağa çalşır ki, əgər o postunu birdəfəlik tərk etsə, Müsavat Partiyası dağılmağa məhkum olacaq".
BAXCP rəsmisi digər tərəfdən, sentyabrın 27-nə təyin olunmuş qurultayın keçirilməməsi üçün də İsa Qəmbər tərəfindən müəyyən addımların atıldığını istisna etməyib: "Bütün olanlara rəğmən, İsa Qəmbər başqanlıqda qala bilməyəcək. Yəni İsa Qəmbər yenə də qurultayı keçirməmə planlarını reallaşdırmağa çalşsa belə, bu postu əlində saxlamağa müyəssər olmayacaq".
İsmayıl Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB